ABŞ cərrahiyyə tarixində ən çətin əməliyyat keçirildi
30 Yanvar 2013 Çərşənbə 10:24
Keçmiş əsgərə eyni vaxtda iki qol transplantasiya edilib.
Amerika Birləşmiş Ştatlarının cərrahiyyə tarixində ən çətin əməliyyat gerçəkləşib. Belə ki, İraq müharibəsi zamanı hər iki qolunu və ayaqlarını itirən amerikalı əsgərə eyni zamanda iki qol transplantasiyası həyata keçirilib.
36 yaşlı Brendan Marokko bu çətin əməliyyatın onu yenidən həyata qaytardığını, 4 ildən sonra yenidən üzəcəyi və sükan arxasına keçəcəyi günü səbrsizliklə gözlədiyini deyib.
Qeyd edək ki, iki qol transplantasiyası əməliyyatı 13 saat davam edib.
DOSTLARINLA PAYLAŞ: