ABŞ bütün ölkələri Kosovonun müstəqilliyini tanımağa çağırdı
23 İyul 2010 Cümə 02:20
Hillari Klinton: “Kosovo müstəqil dövlətdir və onun ərazisi bölünməzdir”.
ABŞ-ın dövlət katibi Hillari Klinton Beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi ilə bağlı qərarını alqışlayıb. Bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan bəyanatda deyilir.
Hillari Klinton bildirib ki, Beynəlxalq məhkəmə tövsiyyə olunan hökm çıxarıb: “Məhkəmə ABŞ-ın çoxdankı mövqeyi ilə razılaşıb ki, Kosovonun müstəqillyi beynəlxalq hüquqa uyğundur. İndiyədək bu addımı atmayan ölkələri Kosovonu tanımağa çağırırıq”.
Hillari Klintonun fikrincə, Kosovo müstəqil dövlətdir və onun ərazisi bölünməzdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: