ABŞ bütün diktatorlara dəstək verir
24 May 2011 Çərşənbə Axşamı 14:24
İran prezidenti bu bəyənatla çıxış edib
İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqdə inqilab dalğasının yayılması ilə bağlı son şərhlərini pisləyərək onun bütün dünyanı ələ keçirərək idarə etmək arzusunda olduğunu deyib. Vaşinqtonu bütün dünyada diktator rejimlərə dəstək verməkdə ittiham edən Mahmud Əhmədinejad ABŞ və İsrailin Yaxın Şərq sülh prosesinin irəliləməsində kömək etmədiklərini bildirib. 'Fələstin torpaqlarında yaradılan dövlət, mən İsraili nəzərdə tuturam, kukladan başqa bir şey deyil və onlar qərarlar vermək iqtidarında deyil. Hətta ABŞ prezidenti kuklaya bənzərdir və aktyordur.'-sitatın sonu.
Xatırladaq ki, Barak Obama Yaxın Şərqlə bağlı son çıxışında İran liderlərini öz ölkələrində etiraz dalğasını boğan, ancaq digər ölkələrdə onları dəstəkləyən ikiüzlülər kimi qələmə vermişdi.
Mamud Əhmədinejad yalanla hakimiyyətə gələn Barak Obamanın İran xalqının müqaviməti ilə Corc Buşdan daha rəzil və biabırçı şəkildə siyasi səhnəni tərk edəcəyinə əmin olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: