ABŞ böhrandan çıxmaq üçün yollar axtarır
15 Oktyabr 2013 Çərşənbə Axşamı 06:09
Respublikaçılar və Demokrat Partiyası arasında aparılan danışıqlar bir nəticə verməyib.
ABŞ-da büdcə böhranından çıxmaq və borc limitinin artırması üçün Respublikaçılar və Demokrat Partiyası arasında aparılan danışıqlar bir nəticə verməyib.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər iki partiya üzvləri bu günki danışıqların müsbət keçdiyini və böhranın həll olunması mərhələsinə yaxınlaşdıqlarını bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə Nümayəndələr Məclisinin sədri Con Boehner arasında keçirilən görüşlərdə bir nəticə əldə olunmamışdı.

Bu gün isə bu partiyaların senatdakı liderləri Harri Reydlə Mitçi Mak Connell arasında aparılan danışıqların davam etdiyi və hələlik konkret nəticənin əldə olunmadığı bildirilib. Danışıqlarda iştirak edən senatorlar isə problemin həllin yaxınlaşdıqlarını bildirirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar