ABŞ Bin Ladenə qarşı cinayət işini dayandırdı
18 İyun 2011 Şənbə 02:39
Bu addım “1 nömrəli terrorçu”nun öldürülməsi ilə əlaqədar atılıb.
Nyu-Yorkun federal məhkəməsi “1 nömrəli terrorçu” Usəma bin Ladenə qarşı cinayət işini onun Pakistanda keçirilən əməliyyat zamanı öldürülməsi ilə əlaqədar dayandırıb. Bu barədə məlumatı Cənub dairəsinin prorkuorluğu yayıb.
“Əl Qaidə” terror təşkilatının keçmiş rəhbəri birinci dəfə Nyu-York məhkəməsində 1998-ci ilin iyununda Somalidə beş il əvvəl amerikalı əsgərlərə qarşı hücumla əlaqədar cinayət işi qaldırıb. Həmin hücum zamanı 18 Amerika hərbçisi həlak olmuşdu. Sonralar Üsəma bin Ladenə qarşı digər ittihamlar da irəli sürüldü. Onalrın arasında Qərbi Afrikada Amerika səfirliklərində partlayışların törədilməsi və Amerika vətəndaşlarına qarşı digər terror aktlarında iştirak da var idi.
Təxminin 200 ittiham bəndinin olduğu cinayət işi ötən gün rəsmən dayandırılıb. Bu addım təqsirləndirilənin öldüyünün DNT yolu ilə təsdiqlənməsi ilə əlaqədar atılıb. Materiallara görə, Əfqanıstandakı ABŞ hərbi bazasınad götürülən DNT analizi meyitin məhz bin Ladenə məxsus olduğunu təsdiqləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: