ABŞ Belarusdakı seçkilərin nəticələrini tanımadı
21 Dekabr 2010 Çərşənbə Axşamı 01:20
Ağ Ev Belarus hakimiyyətinin demokratik prosesin pozulmasına yönəlmiş hərəkətlərini pisləyib
“ABŞ administarsiyası Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanıya bilməz”. Bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli deyib. O, səsvermədən sonra keçirilən nümayişin dağıdılmasından narahatlığını da ifadə edib: “Biz hakimiyyət tərəfindən həddindən artıq güc tətbiqindən çox narahatıq”.
Ağ Ev də Belarusdakı hadisələrə münasibət bildirib. O, Belarus hökumətini saxlanılan prezidentliyə anmizədləorin azadlığa buraxımağa çağırıb. Eğ Evin rəsmi nümayəndəsi Robert Gibbs bildirib ki, ABŞ Belarus hakimiyyətinin demokratik prosesin pozulmasına yönəlmiş hərəkətlərini, siyasi fəallara qarşı qeyri-bərabər güc tətbiqini pisləyib. Ağ Ev də Belarusdakı prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib.
Xatırladaq ki, Belarusda dekabrın 19-da keçirilmiş prezident seçkilərinin ilkin rəsmi məlumatlarına görə, fəaliyyətdə olan prezident Aleksandr Lukaşenko 79,67% faiz səslə liderlik edir. Səsvermədə seçicilərin 90,66%-i iştirak edib.
DOSTLARINLA PAYLAŞ: