ABŞ Belarusa qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır
28 Yanvar 2011 Cümə 02:55
Birləşmiş Ştatlar Belarusdakı QHT-lərə yardımın həcmini də artıracaq.
ABŞ dekabrda keçirilmiş prezident seçkilərindən sonra müxalifət fəallarının təqib ediləmsi ilə əlaqədar Belarusa qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Bu barədə məlumatı Senatdakı dinləmələrdə Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Filip Qordon verib. Onun sözlərinə görə, sanksiyalar Amerika şirkətləri və vətənlaşlarına Belarusun “Belneftxim” konserni ilə biznes qurmağın qadağan edilməsi, ABŞ-a girişi qadağan edilmiş belaruslu məmurların siyahısının genişləndirilməsi, eləcə də əlavə maliyyə məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

Bundan başqa, Birləşmiş Ştatların Belarusdakı qeyri-hökumət təşkilatlarına maliyyə yardımının həcminin 3 milyon dollar artırılması da planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar