ABŞ Ayı atom bombasıyla partlatmaq istəyib
18 Sentyabr 2014 Cümə Axşamı 21:13
ABŞ bununla bütün dünyaya öz gücünü nümayiş etdirməyə çalışıb.
ABŞ hərbçiləri 1950-ci illərin sonlarında Ayın səthində atom bombası partlatmaq istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Newsweek jurnalı xəbər yayıb.

Xəbərə görə, Ayda atom bombasının partladılması ideyası ABŞ Hərbi Hava Qüvvələri Mərkəzinin mütəxəssislərinin Nyu-Meksika ştatında olan xüsusi silahların hazırlamasından sonra meydana gəlib.

Atom bombassının partladılmasının köməyi ilə amerikalılar ayda titrəyiş yaratmaq istəyiblər. Amerikalılar bu vasitə ilə Günəş və Ayda gedən prosesləri təhlil etmək istəyib.

Bundan başqa ABŞ bununla da bütün dünyaya öz gücünü nümayiş etdirməyə çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar