ABŞ Avropa birliyinin qerarını alqışlayır
23 İyul 2013 Çərşənbə Axşamı 14:02
Bu qerar Livandakı siyasi partiyalar ile qurulan dialoqlara tesir etmeyecek.
Avropa birliyinin “Hizbullah” hərəkatının hərbi qolunu terror təşkilatı kimi qəbul etməsi ilə əlaqədər reaksiyalar müxtəlif olub. Qurumun Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu barədə çıxışı zamanı birliyin qərarlarını alqışladığını bildirib. Onun sözlərinə görə, “Hizbullah” tərəfdarlarının Suriyada zorakı rejimə dəstək olmasını qrupun terrorçu fəaliyyətinə bariz nümunə kimi göstərmək olar.

Avropa birliyinin ali nümayəndəsi, Ketrin Eşton: “Livanda davamlılığın, birliyin, sülhün və təhlükəsizliyin təmin olunmasına böyük əhəmiyyət veririk. Həmçinin, Suriyadakı döyüşlərə də müdaxilə edilməməsi siyasətini dəstəkləyirik. Lakin Hizbullahın buradakı rolu ilə əlaqədər yaranan narahatlıq səbəbilə hərbi qolun terror təşkilati olmasına qərar verdik”.

Eştonun sözlərinə görə, bu qərar Livandakı siyasi partiyalar ilə qurulan dialoqlara təsir etməyəcək və Avropa birliyinin Livana göstərdiyi yardımlar dayandırılmayacaq.

Amerika hökuməti də, həmçinin, birliyin qərarına dəstək ifadə edib. Ağ Evin mətbuat katibi Cey Karnı deyib ki, Hizbullah ona qarşı qəbul olunan qərarlardan sonra törətdiyi cinayətlərə görə cavab verməli olacaq.

Ağ Evin mətbuat katibi, Cey Karni: Hizbullah Bolqarıstanda 6 nəfərin ölümü ilə nəticələnən terror aktına görə və Kiprdəki fəaliyyətinə görə cavab verəcək. Birliyin qərarı Hizbullahın fəaliyyətinə təsir edəcək. Təşkilatın lideri Həsən Nəsrallah məlum olduğu kimi Suriyada Bəşər Əsədin əsas tərəfdaşlarındandır. Bu birlik Suriya xalqına qarşı və ümumilikdə bütün dünya üçün təhlükə mənbəyidir”.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle isə, çıxışı zamanı qeyd edib ki, Avropa birliyi qitədə təhlükəsizliyi təmin etmək məqsədilə belə bir addım atıb.







DOSTLARINLA PAYLAŞ:

oyunlar