ABŞ artıq dünya lideri deyil
24 May 2014 Şənbə 22:35
Polşanin keçmiş prezidenti, Nobel mukafatı laueratı Lex Valensa ABŞ prezidenti Barak Obamanın Varşavaya səfəri zamanı onunla görüşməyi planlaşdırır.
ANS PRESS-in məlumatına görə, Lex Valensa prezident Obamaya dünya lideri kimi daha fəal olmağı tövsiyə edəcək. ”Dünyanın nizamı pozulub. Super dovlət artıq aparıcı rol oynamır. Mən bundan çox narahatam”,- deyə o, qeyd edib.

Onun sözlərinə görə, Amerika başqa dövlətləridə ruhlandırmalıdır: “Söhbət ondan getmir ki, Amerika gəlib bizim problemləri həll etsin və ya hardasa vuruşsun. ABŞ bizi təşkilatlandırmalı, dəstəkləməli və proqramlar təklif etməlidi. Bizə bu cür lider lazımdır. Ya super dövlət kimi öz rolunuzu oynayın, ya da həmin rolu Polşaya verin”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama iyunda Polşaya səfər edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar