ABŞ-a yeni ticarət naziri təyin edilib
01 İyun 2011 Çərşənbə 01:42
Barak Obama bu vəzifəyə “Edison International” energetika şirkətinin keçmiş rəhbərinin namizədliyini təklif edib
ABŞ prezidenti Barak Obama “Edison International” energetika şirkətinin keçmiş rəhbəri Con Braysonu ticarət naziri vəzifəsinə təqdim edib. Onun namizədliyini Senat da təsdiqləməlidir.

67 yaşlı Con Brayson əvvəllər BMT-nin enerji və iqlim dəyişikliyi problemləri məsələləri üzrə məşvərət qrupunun üzvü də olub.

Birləşmiş Ştatların hazırkı ticarət naziri Hari Lok tezliklə bu postu tərk edəcək. O, ABŞ-ın Çindəki səfiri vəzifəsinə təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar