ABŞ-a aid təşkilatın ofisində partlayış ollub
27 Noyabr 2010 Şənbə 06:55
Partlayışdan sonra təxminən 10 dəqiqə ərzində ərazidə atışma baş verib
Cəlalabad şəhərinin mərkəzində Amerika Birləşmiş Ştatlarının “DI” (Beynəlxalq İnkişaf) təşkilatının ofisində partlayış baş verib. İlkin məlumatına görə hadisə nəticəsində bir nəfər yaralanıb. Lakin havanın qaranlıq olması səbəbindən xəsarət alanların dəqiq sayını araşdırmaq mümkün olmayıb. Polisin məlumatına görə şəhərin yenidən qurulması və sosial təminatla məşğul olan şirkətin ofisində baş verən partlayışdan sonra təxminən 10 dəqiqə ərzində ərazidə atışma baş verib. Hal hazırda polis terrorçuların bina daxilinə sızıb sızmamasını müəynləşdirmək üçün axtarışlar aparır. Qeyd edək ki, ofisin yerləşdiyi Nanqahar əyalətində vəziyyət Amerika Birləşmiş Ştatları, Əfqanıstan və Rusiyanın keçirdyi birgə nakrkotik əməliyyatlarından sonra gərginləşməyə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar