ABŞ 8 İran şirkətini “qara sıyahı”ya saldı
01 İyun 2013 Şənbə 01:26
Bu şirkətlərə ABŞ-da hər hansısa maliyyə və valyuta pul köçürülmələri aparılmasına qadağa qoyulub.
ABŞ-ın Maliyyə Nazirliyi İranın 8 şirkətinə qarşı saksiya tətbiq edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şirkətlər İran hökumətinə məxsusdur və ya onunla hər hansısa bağlılığı var.

Sanksiyalar əsasən İranın “Mobin Petrochemical”, “Bou Ali Sina Petrochemical”, “Bandar Imam Petrochemical”, “Nouri Petrochemical”, “Pars Petrochemical”, “Shahid Tondgooyan Petrochemical”, “Shazand Petrochemical” və “Tabriz Petrochemical Company” neft-kimya şirkətlərinə qarşı tətbiq edilib.

Saksiyalar tətbiq edilən şirkətlərə ABŞ-da hər hansısa hüquqi şəxslərlə maliyyə və valyuta tranzaksiyaları (pul köçürülmələri) aparılmasına qadağa qoyulub.

Qeyd edək ki, neft-kimya sənayesi bu gün İrana qat-qat daha çox gəlir gətirir, nəinki neft satışı. Artıq buna da saksiyalar tətbiq edilib. Ekspertlərin fikrincə, bu, İranın vəziyyətini bir az da çətinləşdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar