Abrek Hacıyev qətlə yetirilib
30 Noyabr 2009 Bazar Ertəsi 12:20
Administrasiya rəhbəri Abrek Hacıyev evindən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb
Rusiyanın Dağıstan Muxtar Respublikasının Məhərrəmkənd rayonunun administrasiya rəhbəri Abrek Hacıyev Mahaçqalada qətlə yetirilib. Bu gün səhər saat 06.00 radələrində naməlum şəxslər A.Hacıyev evindən çıxarkən ona atəş açıblar.
Bir neçə güllə yarası alan sürücüsü onu xəstəxanaya çatdırsa da A.Hacıyevın həyatını xilas etmək mümkün olmayıb.
Çeçenistanın Qudermes şəhərində isə hüquq-mühafizə orqanlarının 2 əməkdaşı qətlə yetirilib. Çeçenistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hər iki milis aldığı güllə yarasından ölüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: