Abramoviç şəxsi yaxtını rəsmlərlə bəzəyib
19 Yanvar 2010 Çərşənbə Axşamı 16:20
Rusiyalı milyarder Abramoviç hərracda rəsm əsərlərinə milyonlarla dollar xərcləyib.
İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç şəxsi yaxtını bəzəmək üçün 35 ədəd incəsənət nümunəsini satın alıb.
Yaxtı bəzəyəcək nümunələr arasında mücərrədçi rəssam Trevor Bell və Saymon Allenin şəkilləri də var.
Abramoviç hərracda Frensis Bekonun “Triptiks” əsərini 86,3 milyon dollar, Lyusen Freydin “Yatmış xidmətçi” əsərini isə 33,6 milyon dollara alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: