Abramoviç Putinin çağırışını cavabsız qoymadı
03 Dekabr 2010 Cümə 17:45
Milyarder Rusiyada idman komplekslərinin tikintisinə maliyyə ayıracaq
“Çelsi” klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Dünya Çempionatı-2018 üçün idman komplekslərinin tikintisinə maliyyə vəsaiti ayırmağa hazırdır. Bu məlumatı Abramoviçin mətbuat katibi Con Mann verib. Con Mannın sözlərinə görə, Abramoviç daim özünün “Milli Futbol Akademiyası” fondu vasitəsilə Rusiya futbolunun inkişafına töhvəsini verib. Mətbuat katibi Roman Abramoviçin Dünya Çempionatı-2018-in Rusiyada keçirilməsinin tərəfdarı olduğunu da bildirib.
Xatırladaq ki, Dünya Çempionatı-2018-in Rusiyada keçiriləcəyi məlum olduqdan sonra Rusiya baş naziri Vladimir Putin İsveçrənin Sürix şəhərində jurnalistlərin suallarını cavablandırmışdı. Müsahibə zamanı Putin Roman Abromoviçi Dünya Çempionatı-2018 üçün infrakstrukturun yaradılmasında iştirak etməyə çağırmışdı.
DOSTLARINLA PAYLAŞ: