Abdullah Öcalan voleybol oynamağı öyrənir
19 Aprel 2010 Bazar Ertəsi 02:30
Abdullah Öcalanın hüquqlarını müdafiə edən vəkili Xədicə Qorqud terrorçu liderin voleybol öyrənməsi barədə olan xəbərləri təsdiq edib.
PKK terror təşkilatının lideri, ömürlük həbsə məhkum olunmuş Abdullah Öcalan artıq həbsdə 11 ilini başa vurub. Məhkumluq həyatının 10 ilini Türkiyənin İmralı adasındakı həbsxanada təkbaşına keçirən Öcalanın yanına keçən il daha 5 nəfər PKK-çı məhkum yerləşdirilib. Terrorçu məhkumların hər gün idman etdiyi və voleybol oynadıqları bildirilir. Məlumata görə, əvvəllər topa vurmaqda çətinlik çəkən PKK lideri artıq voleybolun sirrlərini öyrənir.
30 min Türkiyə vətəndaşının öldürülməsində təqsirkar bilinən Abdullah Öcalanın hüquqlarını müdafiə edən vəkili Xədicə Qorqud terrorçu liderin voleybol öyrənməsi barədə olan xəbərləri təsdiq edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: