Abdullah Öcalan parlamenti boykot qərarına dəstək verdi
25 İyun 2011 Şənbə 06:44
Vəkil Ömər Günəş Abdullah Öcalanın bu addımı müvafiq bir qərar kimi qəbul etdiyini deyib.
PKK terror təşkilatının Türkiyənin İmralı adasında həbsdə olan lideri Abdullah Öcalan müstəqil seçilən millət vəkillərinin parlamentə girməmək qərarını dəstəklyib. Bu barədə məlumatı jurnalistlərə terrorçu liderin vəkilləri verib. Vəkil Ömər Günəş Öcalanın bu addımı müvafiq bir qərar kimi qəbul etdiyini deyib.
Xatırladaq ki, PKK terror təşkilatının siyasi cinahı olan BDP-nin (Barış və Demokratiya Partiyası) dəstəyi ilə müstəqil seçilən bir qrup millət vəkili yeni parlamenti boykot etməyi qərara almışdı. Buna səbəb Ali Seçki Şurasının (YSK) həbsdə millət vəkili seçilən Hatib Diclənin deputatlığını ləğv etməsi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: