Abdullah Öcalan: Mən deyirəm, Ərdoğan edir
27 Mart 2014 Cümə Axşamı 10:38
İnternetdə Abdullah Öcalana aid olduğu iddia edilən yeni səs yazısı yayılıb.
Türkiyədə həbsdə olan Abdullah Öcalana məxsus olduğu iddia edilən yeni səs yazısı yayılıb. ANS PRESS-in məlumatına görə, səs yazısında Öcalan, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan bəhs edib. Səs yazısı “Tayyib dediklərimi edir” başlığı ilə “Youtube”də yerləşdirilib.
Səs yazısında Öcalanın dediklərini Ərdoğanın həyata keçirdiyi vurğulanıb: “Bütün bunların startegiyasını mən hazırlayıram. Mən deyirəm, Ərdoğan edir. Buna görə də Baxçalı qiyamət qoparır. Baxçalı ağıllı adamdır. Apo deyir, Ərdoğan yerinə yetirir”.
Daha sonra Öcalana aid olduğu iddia edilən səs yazısında İsraillə Ərdoğanın arasında olan münasibətlərdən danışılıb.
Türkiyə mətbuatı isə bu ifadənin dolayı yolla Ərdoğanı yəhudi lobisi vəzifəyə gətməsi barədə fikirlərə işarə etdiyini yazıb.
DOSTLARINLA PAYLAŞ: