Abdullah Öcalan Ərdoğanı provokator adlandırıb
08 Fevral 2014 Şənbə 21:27
PKK terror təşkilatının lideri Abdullah Öcalan BDP/HDP-li deputatlarla Türkiyə hökumətinə ismarış göndərib.
PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün bu gün İmralı adasına getmiş BDP və HDP-li deputatlar İstanbula qaydıblar.

ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, deputatlar sırasında BDP-li deputatlar Pərvin Buldan və İdris Baluken, həmçinin HDP-li deputatlar Sırrı Süreyya Öndər olub. BDP-HDP heyəti görüş zamanı PKK lideri Abdullah Öcalanla şəkil çəkdiriblər.

İstanbula geri dönən zaman Sırrı Süreyya Öndər “Dicle” xəbər agentliyinə Öcalanın baş nazir Rəcəb Tayyib Ərdoğana ismarış göndərdiyini deyib: "Hökumətin həll prosesində gəldiyimiz nöqtədə tam öz təhlükəsizliyini təmin etmək məqsədi ilə tək tərəfli paketlər yanaşması demokratiya deyil, provokatorluqdur",- deyə terror təşkilatının lideri ismarışında bildirb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar