Abdullah Öcalan azad oluna biler
23 May 2013 Cümə Axşamı 19:32
Türkiyəli millət vəkili terrorçunun azad edilməsi üçün plan hazırlandığını deyib.
Türkiyə iqtidarı PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanı həbsxanadan azad etməyə hazırlaşır. ANS PRESS-in Haberler.com-a istinadən verdiyi məlumata görə, bu barədə MHP-li millət vəkili Yusif Halaçoğlu açıqlama verib.
O deyib ki, PKK rəhbərinin azad edilməsi üçün plan da hazırlanıb. Millət vəkili bildirib ki, Öcalanın yaşının 65-ə çatması və prostat xərçəngi diaqnozu qoyularaq həbsini ev dustaqlığı ilə əvəz ediləcəyi planlaşdırılır.
Xatırladaq ki, Abdullah Öcalan 4 aprel 1949-cu ildə Urfa vilayətinin Ömərli kəndində anadan olub.Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili alıb. 1978-ci ildə 19 nəfərlə birlikdə Kürd İşçi Partiyasını (PKK) yaradıb. 1999-cu ildə yüzlərlə türk vətəndaşının qətlində ittiham edilərək ömürlük azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: