Abdullah Öcalan artıq İmralı adasında tək olmayacaq
02 Noyabr 2009 Bazar Ertəsi 01:00
Səhərlər isə PKK lideri Abdullah Öcalan azan sədaları ilə oyanacaq
Türkiyənin İmralı adasında ömür boyu təkbaşına həbsə məhkum olan və bu ölkədə 35 min nəfərin terror nəticəsində ölümünə görə məsuliyyət daşıyan PKK lideri Abdullah Öcalanın təkliyinə son veriləcək. ANS PRESS “İnternethaber”ə istinadən xəbər verir ki, A. Öcalan eyni adada tikilmiş yeni “F” (fərdi) tipli həbsxanaya köçürüləcək və onun yanına müxtəlif həbsxanalardan daha 8 PKK-çı məhkum gətiriləcək. Məhkumlar hər biri ayrı-ayrı otaqlarda qalsalar da terrorçu lider məhkumların könüllü iş görəcəyi emalatxanada onlarla görüşə biləcək. Yeni məhkumlarla birlikdə İmralı adasına Ədliyyə nazirliyindən 40 nəfərlik heyət də gələcək. Bundan başqa adadakı məscid də təmir olunaraq faliyyətə başlayıb və burda hər gün 5 dəfə azan oxunacaq. Terrorçu lider Abdullah Öcalanın qalacağı 7 kvadratmetrlik otaqda isə televizor və soyuducu da olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar