Türkiyə prezidenti kraliça II Yelizavetanın dəvətinə frakla qatılıb.
Türkiyə prezidenti Abdullah Gül Londonda səfərdədir. O, kraliça II Yelizavetanın dəvəti ilə Bukingem sarayındakı naharda iştirak edib.
II Yelizaveta nahar zamanı bildirib ki, Böyük Britaniya və Türkiyə NATO-da yaxın müttəfiqlərdir. O, badəsini Türkiyə və türk xalqının şərəfinə qaldırıb. Abdullah Gül də kraliçaya eyni jestlə cavab verib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Abdullah Gülün qəbulda geyindiyi frakı İstanbulda yaşayan erməni tikib.