Abdullah Gülün anasına erməni deyən deputat təzminat ödəyəcək
29 Yanvar 2011 Şənbə 06:20
“Türkiyənin prezidenti barəsində, onun etnik mənşəyi ilə əlaqəli iddia olunan açıqlama onun şəxsiyyəti üçün təhqirdir”.
Türkiyənin anamüxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Canan Arıtman ölkə prezidenti Abdullah Gülün anasına erməni dediyi üçün təzminat ödəməyə məhkum edilib. “Cənab Abdullah Gülün anasının etnik mənşəyi ermənidir. Bunu Gülün öz dayısı İzmirdəki həmkarım Dr. Əhməd Satoğlunun assistentinə deyib”.

Qeyd edək ki, bu xəbər mətbuatda yayıldıqdan sonra Əhməd Satoğlu Canan Arıtmanın əleyhinə məhkəməyə şikayət edərək təzminat tələb etmişdi. Ankara 11 saylı Mülki məhkəməsi Arıtmanın ifadələrində təhqir olmadığına qərar verərək təzminat tələbni qəbul etməmişdi.

Ali məhkəmənin 4 saylı hüquq dairəsi isə bu qərarı ləğv etmişdi. Dairə bunun ölkə prezidentinin şəxsiyyətini təhqir olduğunu bildirib: “Türkiyə Cumhuriyyəti dövlətinin birinci şəxsi olan prezident barəsində, onun etnik mənşəyi ilə əlaqəli iddia olunan və sübuta yetirilməyən açıqlama o insanın şəxsiyyəti üçün təhqirdir”.

İşə yenidən baxan Ankara 11 saylı Mülki məhkəməsi Canan Arıtmanın qanuni faizləri ilə birlikdə 2 000 lirə (təx. 1000 manat) təzminat ödəməsinə qərar verdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar