Abdullah Gül yenidən prezident ola bilməyəcək
20 Yanvar 2012 Cümə 04:37
Abdullah Gül yenidən prezident ola bilməyəcək. Növbəti prezidentlərin vəzifə müddəti 5 il olacaq.
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə prezidenti Abdullah Gülün vəzifə müddətinin 7 il olması barədə qanun layihəsini qəbul etdi. TBMM konstitusiya komissiyasının hazırladığı prezident seçkisinə dair qanun layihəsinə görə, Abdullah Gül də daxil olmaqla əvvəlki prezidentlər yenidən bu vəzifə üçün namizəd ola bilməyəcəklər. Qanunun prezidentin səlahiyyət müddəti barədə maddəsinə görə isə 2014-cü ildə A. Gülün vəzifə müddəti başa çatır.
Qanun layihəsində müvəqqəti qeyd edilən bu maddələr 2007-ci il 31 may tarixindən əvvəl seçilən və hazırda həyatda olan Abdullah Gül, Əhməd Necdət Səzər, Süleyman Dəmirəl və Kənan Evrenə şamil olunur. Qeyd edək ki, bu tarixdə konstitusiyanın bəzi maddələri, habelə prezidentlərin iki dəfə bu vəzifəyə seçilməsi barədə dəyişikliklər qüvvəyə minib.
Yeni qanuna görə isə 12-ci və ardınca seçiləcək prezidentlərin vəzifə müddəti 5 il olacaq. Prezidentlər xalq tərəfindən seçiləcək bu vəzifə üçün iki dəfə namizəd ola biləcəklər.
DOSTLARINLA PAYLAŞ: