Çiyninə kamera götürərən Türkiyə prezidenti Abdullah Gül çəkiliş apararaq operatorların çəkdiyi sıxıntıları hiss etməyə çalışıb.
Türkiyədə “Türkiyə Xəbər Operatorları” dərnəyinin təşkilatçılığı ilə ötən ilin ən yaxşı operatorları mükafatlandırılıb. Ölkə prezidenti və bəzi nazirlərin də iştirak etdiyi tədbirdə operatorlar müxtəlif nominasiyalar üzrə təltif olunub. Tədbirdə ilk dəfə iştirak edən prezident Abdullah Gül TV operatorlarının iş vaxtı çəkdiyi sıxıntılardan danışıb. “İstidə, soyuqda bu qədər ağır yük daşıyırlar. Artıq kişilərlə yanaşı bu işlə məşğul olan qızlar da var artıq. Bir də görürəm ki, kişilər dayanıb, qızların çiynində kamera var. Deyirəm ki, bir nəfər gedib onların çiynindən kameranı götürsün. Fövqəladə yorucu işdir”.
Daha sonra çiyninə kamera götürərən Türkiyə prezidenti qısa müddət çəkiliş apararaq xəbər operatorlarının çəkdiyi sıxıntıları hiss etməyə çalışıb.