Abdullah Gül vida ziyafəti təşkil etdi
13 Avqust 2014 Çərşənbə 17:09
Türkiyə 11-ci prezidenti Abdullah Gül vida ziyafəti təşkil edib. Abdullah Gülün partiyaya qayıtmasına heç bir əngəl yoxdur.
Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərindən sonra vəzifədən getdikdən sonra Abdullah Gülün partiyaya qayıtmasına heç bir əngəl yoxdur.
ANS TV-nin məlumatına görə, belə bir bəyanat Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğandan prezident Abdullah Gülün vida ziyafətində gəlib. Jurnalistlərin suallarını cavablandıran Ərdoğan Abdullah Gülün prezident postunu tərk etdikdən sonra Ədalət və İnkişaf Partiyasına geri dönmək istədiyini açıqlayıb.
“Abdullah bəyin öz partiyasına geri dönməsindən daha təbii heç bir şey ola bilməz. Onun belə bir addım atması gözləniləndir. Bu hərəkəti fərqli yozanlara tövsiyyəm budur ki, gedib CHP, MHP ilə məşğul olsunlar. Çünki onların vəziyyəti bəllidir.” deyə Ərdoğnan bildirib.
Abdullah Gülün vida ziyafətinə 500 yaxın dəvətli qonaq gəlib.
DOSTLARINLA PAYLAŞ: