Abdullah Gül müharibə mesajı verdi
19 Mart 2014 Çərşənbə 11:13
Türkiyə prezidenti Abdullah Gül Krımda yaranmış vəziyyəti yeni "soyuq müharibə"nin başlangıcı kimi qiymətləndirib.
ANS PRESS-in məlumatına görə, Abdullah Gül Rusiya ilə yaxın münasibətlərinin olduğunu və onlarla bütün istiqamətlərdə görüşlər təşkil etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, "soyuq müharibə"nin başlanacağı təqdirdə hər kəs bundan zərər görəcək.

“Ukraynanın ərazi bütövlüyünü tanıyırıq.Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyirik. Müttəfiqlərimizlə görüşləri davam etdiririk. Yeni bir "soyuq müharibə"nin başlamamalıdır. Başlarsa hər kəs bundan zərər çəkəcək. Bundan dərs çıxarılmalıdır”, - deyə Türkiyə prezidenti bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar