Abdullah Gül İlkər Başbuğun həbsinə münasibət bildirib
06 Yanvar 2012 Cümə 14:59
Türkiyə prezidenti: "Hər kəs qanun qarşısında bərabərdir".
“Hüquqi müstəvidə olan məhkmə prosesinin şahidi oluruq. Hər kəsin hüquq sistemi çərçivəsində öhədlikləri var. Hamı qanun qarşısında bərabərdir. Deyəcək başqa bir şey yoxdur". ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gül Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun həbs edilməsinə münasibət bildirərkən belə deyib.

Jurnalistlərin "Türkiyədə belə bir şey ilk dəfə olur” sualına Abdullah Gülün cavabı belə olub: “Öncə bunu demək istəyirəm. Heç kim məhkəmənin qərarı olmadan təqsirli elan edilə bilməz. Hər kəs məhkəmə qarşısına qanunlarla çıxarılır, hər birimizin hüquq sistemi çərçivəsində öhdəliyimiz var. Baş verənləri kifayət qədər soyuqqanlı şəkildə qarşılamaq lazımdır. Bu, bir məhkəmə prosesidir”.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ dünən həbs edilib.İfadə vermək üçün dəvət edilən general məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. O, silahlı terror dəstələri yaratmaq və hakimiyyəti zorla devirmək cəhdlərində, eləcə də, hakim Ədalət və İnkişaf Partiyasını hörmətdən salmağa yönələn hərəkətlərdə şübhəli bilinir.

General İlkər Başbuğ 2010-cu ildə istefa verib.

Qeyd edək ki, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş şəxsin ilk həbs edilməsi faktıdır. İndiyədək Türkiyənin tarixində belə hadisəyə rast gəlinməmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar