Abdullah Gül erməni jurnalistin qardaşı ilə dərdləşdi
21 Avqust 2010 Şənbə 01:40
“Cənab prezidentə bu dəvətinə görə təşəkkür edirəm”.
Türkiyə prezidenti Abdullah Gül öldürülən erməni jurnalist Hırant Dinkin qardaşı Hosrof Dinki qəbul edib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Dink xüsusi məsələlər barədə danışdıqlarını bildirib: “Cənab prezidentə bu dəvətinə görə təşəkkür edirəm. Amma çox özəl mövzularda danışıq apardıq. Bu görüş qarşılıqlı dərdləşmə idi”.

Xatırladaq ki, Hırant Dink barəsində C.M. 301-ci maddəsi (Türklüyü, Cumhuriyyəti, ölkə parlamentini təhqir edən şəxslər 6 aydan 3 ilə qədər həbs olunur) ilə məhkəmə iddiası qaldırılmış, jurnalist Avropa məhkəməsinə şikayət edərək bu iddiaya etirazını bildirmişdi. Dink bu şikayətdən 1 həftə sonra öldürülmüş, ailəsi isə onun mühafizə olunmadığını iddia edərək ilə yenidən Avropa məhkəməsinə şikayət etmişdi.

Türkiyə Xarici İşlər nazirliyinin Avropa məhkəməsinə göndərdiyi müdafiə isə tənqid hədəfi olmuşdu. “Dink türklüyü təhqir etmişdi. Bu isə türk xalqını təhrik edər”.

Xarici işlər naziri Əhməd Davudoğlu isə bunun doğru bir müdafiə şəkli olmadığını bildirmiş, “Dink ailəsi ilə razılığa gələ bilərik” – demişdi. Prezident Abdullah Gül isə lazımi tədbirlər görülmədiyi üçün Hırant Dinkin öldürüldüyünü demişdi.

Qeyd edək ki, prezidentin iqamətgahına taksi ilə gələn Hosrof Dink görüşdən sonra iqamətgahdan rəsmi avtomobillə ayrılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar