Abdullah Gül: "Allah heç bir ölkənin başına gətirməsin"
17 Noyabr 2012 Şənbə 11:42
Türkiyə prezidenti Suriyadakı vəziyyətlə bağlı münasibət bildirib.
"Suriyalılar öz tanklarını helikopterlərini özləri məhv edirlər, təyyarələr öz şəhərlərini bombalayır, helikopterlər öz xalqını öldürür". Bu sözləri Türkiyə prezidenti Abdullah Gül Kastamonu şəhərində keçirdiyi görüşlər zamanı deyib.
"Şərqə baxdıqda, Suriyanın vəziyyəti göz qabağındadır. Allah heç bir ölkənin başına gətirməsin. Bir ölkənin özü-özünü necə tükətdiyini görürük. Suriya təyyarələri öz şəhərlərini bombalayır. Öz mədəni abidələrini məhv edir. Öz helikopterləri öz adamlarını öldürür, öz helikopterlərini, öz tanklarını da suriyalılar özləri vururlar. Özləri məhv edirlər. Həqiqətən də narahatverici bir mənzərədir. Belə bir ölkədə iqtisadiyyat bir yana qalsın, çox sayda insan ölkəsini tərk edir", - deyə Türkiyə prezidenti bildirib.
DOSTLARINLA PAYLAŞ: