Abdulla Gülün qulağına protez taxılıb
13 İyul 2013 Şənbə 08:42
Prezidentin qulağına yerləşdirilən cihaz üç həftə sonra aktivləşdiriləcək.
Türkiyənin prezidenti Abdulla Gül qulağından əməliyyat olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatla bağlı detallar isə yeni-yeni ortaya çıxmağa başlayıb.
Ölkənin mətbuat orqanlarında yer alan xəbərlərə görə, şənbə günü səhər saatlarında Maslak Acıbadem xəstəxanasına gedən A.Gül səhər namazını qıldıqdan sonra əməliyyata girib.
Əməliyyatı Türkiyədə ən yaxşı həkimlər arasında göstərilən Qazi Universitetinin prof. dr. Yıldırım Beyazıt həyata keçirib. Əməliyyatda həmçinin, tanınmış pakistanlı bir həkim də iştirak edib.
Gülün sol qulağına protez taxılıb. Bu texnologiya vasitəsilə qulağa gələn siqnallar birbaşa sinirlərə ötürülür. Prezidentin qulağına yerləşdirilən cihaz üç həftə sonra aktivləşdiriləcək.
DOSTLARINLA PAYLAŞ: