Türkiyə prezidenti Abdulla Gül bu gün Çin ziyarəti çərçivəsində Sincan-Uyğur muxtar bölgəsinin mərkəzi Urumçi şəhərinə səfər edib.
O, Çinin Şanxay şəhərindən Urumçiyə qədər 5,5 saat təyyarə ilə uçub. Hava limanında onu Sincan-Uyğur muxtariyyətinin valisi Nur Bəkri və muxtariyyətin xarici işlər direktoru Ərkin Əhməd qarşılayıb. Milli geyimli iki uyğur gənci Abdulla Gülə və xanımı Hayrunisə Gülə çiçək bağışlayıb.
Qeyd edək ki, Abdulla Gül 9,3 milyon uyğur türkünün yaşadığı bölgəyə rəsmi səfər etmiş ilk Türkiyə prezidentidir. /ANS PRESS/