Abdulla Gül Türkmənistandadır
11 Noyabr 2010 Cümə Axşamı 23:05
Türkiyə prezidenti Abdulla Gül Aşqabad səfərinin ikitərəfli münasibətlərin inkişafı üçün fürsət olduğunu düşünür.
Türkiyə prezidenti Abdulla Gül Türkmənistanda səfərdədir. Səfərə yola düşməzdən əvvəl Türkiyə dövlət başçısı hava limanında jurnalistlərə açıqlama verib. "Türkmənistanla əməkdaşlığımız ilk öncə ticarət, enerji sahələri daxil olmaqla, regional və beynəlxalq məsələlərdə qarşılıqlı hörmət və ümumi mənafelərin qorunmasına xidmət edir. Bu istiqamətdə mühüm addımlar atılıb",- deyə A.Gül bildirib.

Abudulla Gül Türkmənistana daha öncəki səfərini xatırlayaraq söyləyib ki, 2007-ci ildə bu ölkəyə ilk səfərində ticarət dövriyyəsinin həcmi 1 milyard dollar həcmində idi. Lakin bu gün böhrana baxmayaraq, bu rəqəm 2 milyard dollardır: "Gələn il Türkmənistanın müstəqilliyinin 20 illiyi qeyd ediləcək. Bu səfərim keçmiş təcrübələrimin sayəsində gələcəyə istiqamətlənmiş ortaq baxışlarımızın formalaşdırılması, Türkiyə və Türkmənistan münasibətlərinin yaxşılaşdırılması və genişləndirilməsi üçün fürsət olacaq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar