Abdulla Gül mükafata layiq görülüb
02 Noyabr 2010 Çərşənbə Axşamı 19:30
"Chatham House" mükafatını Türkiyə prezidenti Abdulla Gülə Böyük Britaniya Kraliçası II Yelizaveta təqdim edəcək.
Türkiyə prezidenti Abdulla Gül Böyük Britaniyanın "Chatham House" beynəlxalq tədqiqatlar institutunun mükafatı ilə təltif ediləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mükafat noyabrın 9-da paytaxt Londonda Birləşmiş Krallığ Kraliçası II Yelizaveta tərəfindən təqdim ediləcək.

Abdulla Güllə yanaşı bu mükafata namizəd Fransa maliyyə nanziri Kristin Laqard və Xorvatiya prezidenti Stip Mesiç olub. Səsvermə nəticəsində mükafata Abdulla Gülün layiq olduğu müəyyənləşib. "Chatham House"ın üzvü Avropa və Yaxın Şərq üzrə tədqiqatları şöbəsinin direktoru Fadi Hakura bu mükafatın ilk dəfədir ki, Türkiyə nümayəndəsinə təqdim olunacağını bildirib.

Qeyd edək ki, Abdulla Gül İraqdakı müxtəlif siyasi qüvvələr arasında razılığın əldə edilməsi üçün göstərdiyi cəhdlər, Pakistan-Əfqanıstan münasibətlərinə verdiyi töhvə, Yaxın Şəqr prosesinin nizamlanması, Afrika ölkələri ilə münasibətlərin nizama salınması, eləcə də Ermənistanla əlaqələrin tənzimlənməsi ilə bağlı səylərinə görə mükafatlandırılıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar