Abdulla Gül bədbin proqnoz verdi
11 Mart 2010 Cümə Axşamı 21:20
Türkiyə prezidenti Abdulla Gül hesab edir ki, erməni iddiaları ilə bağlı qərarlar Qafqazdakı sülh proseslərinə zərər verəcək.
Türkiyə prezidenti Abdulla Gül ABŞ və İsveç parlamentlərində qondarma “erməni soyqırımı” iddialarının gündəliyə salınmasının və siyasi qərarların qəbul olunmasının Türkiyə xalqının gözündə heç bir etibarı olmadığını bildirib. O qeyd edib ki, bu, sülh və sabitliyə mənfi təsir göstərir.

Abdulla Gül vurğulayıb ki, erməni iddiaları ilə bağlı qərarlar tarix elminə də böyük haqsızlıqdır. "Siyasət adamlarının, tarixdən xəbəri olmayanların bir tarixi hadisə ilə bağlı qərar qəbul etmələri düzgün deyil. Mənim əhəmiyyət verdiyim məsələ sülh, sabitlik və əməkdaşlıqdır. Cənubi Qafqazda da sülhün və sabitliyin bərqərar olması mənim üçün mühümdür. Ümidvaram ki, bu cür siyasi qərarların qəbul olunmasının həmin proseslərə necə zərər verəcəyini yaxın gələcəkdə hər kəs görəcək", - deyə o bildirib. Anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar