Abdulla Gül:
29 Fevral 2012 Çərşənbə 20:42
Türkiyə prezidenti Fransa Konstitusiya Şurasının dünənki qərarını şərh edib
Türkiyə prezidenti Abdulla Gül Fransa Konstitusiya Şurasının dünən "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğvinə dair qərarını şərh edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gül bildirib ki, Fransa Konstitusiya Şurasının müvafiq qərar qəbul etməklə, Fransanı biabırçılıqdan qurtarıb.

"Bununla da Fransa etibarını qaytarmış oldu. Bu kimi məsələlərdən seçki kampaniyasında istifadə etmək ayıbdır. Ölkənin Konstitusiya Şurası bunun qarşısını alıb", - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar