Abdəl Fəttah əs-Sisi Misirdə prezidenti olmaq istəyir
27 Mart 2014 Cümə Axşamı 05:27
Marşal Abdəl Fəttah əs-Sisi Misirə dünya arenasında itirdiyi hörmətini geri qaytarmaq niyyətindədir.
Misirin müdafiə və hərbi sənaye naziri Abdəl Fəttah əs-Sisi Misirdə prezident seçkilərinə qatılacaq. ANS PRESS-in məlumatına görə, o bu barədə Misir televiziyasının efirində çıxış edərək məlumat verib.

Marşal prezident seçkilərində iştirak etmək üçün çərşənbə axşamı vəzifəsindən istefa verib. Sisi bildirib ki, o, Misirin gələcəyini görür və prezidentliyə namizədliyini irəli sürəcək.

Misirin Müdafiə naziri ölkəyə hörmətini qaytarmaq və iqtisadi böhrandan çıxmaq üçün misirlilərdən ağır əməyə başlamağı xahiş edib. Misirdə növbəti prezident seçkiləri aprel ayında baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar