ABD'nin Pakistan-Əfqanıstan siyasəti
23 Mart 2009 Bazar Ertəsi 15:07
ABŞ Prezidenti Barak Obama deyib ki, Vaşinqtonun Taliban hərbiyyəsi ilə mübarizəyə daha çox qoşun göndərməsinə baxmayaraq, Birləşmiş Ştatların Əfqanıstandan “çıxış strategiyası” olmalıdır.

Bunu o, Ağ Ev Əfaqnıstana dair yeni tərtərəfli strategiyasını açıqlamağa hazırlaşarkən, CBS telekanaına müsahibəsində deyib.

“Biz əmin olmalıyıq ki, Əl Qaidə Birləşmiş Ştatların maraqlarına hücum edə bilməyəcək. Bu bizim üçün bir nömrəli, üstünlük verdiyimiz məsələdir”- deyib Barak Obama.

Cənab Obama bildirib ki, Birləşmiş Ştatlara qarşı hücumları dəf etmək Əfqanıstan əməliyyatlarında “əsas missiya” olaraq qalır.

Amerikanın Əfqanıstan və Pakistan üzrə elçisi Riçard Holbruk BBC-yə bildirib:
“Keçmişdə Birləşmiş Ştatların höküməti bunu, ayrıca əfqan siyasəti və Pakistan siyasəti kimi ayırırdı. Biz indi hər ikisini birləşdirməliyik və mən ümid edirəm ki, bütün dünya da bizim bu səylərimizə qoşulacaq.”

Həmçinin daha çox qoşun və resurslar vəd edən Cənab Holbruk deyib ki, bölgəyə “etinasızlıq” erası başa çatıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar