AB Türkiyeye 240 milyon avro yardım edecek
22 Noyabr 2013 Cümə 22:10
Türkiyenin AB-ye daxil olması haqqında resmi danışıqların növbeti merhelesi noyabrın 5-de başlayıb.
Avropa Birliyi (AB) Türkiyeye 236 milyon avro miqdarında maliyye yardımı edecek. Bu barede Avropa Komissiyasının genişlenme ve Avropa qonşuluq siyaseti komissarı Ştefan Füle bildirib.

ANS PRESS qerb metbuatına istinaden bildirir ki, vesait hüquq, insan haqları, serhed nezareti, miqrasiya, energetika, etraf mühit ve kend teserrüfatı sahelerinde islahatlar aparılmasına serf edilecek.

"Son heftelerde AB ile Türkiye arasında münasibetlerin müsbet inkişafı müşahide edilir", - deye Füle vurğulayıb.

Türkiyenin AB-ye daxil olması haqqında resmi danışıqlar 2005-ci ilde başlayıb. Danışıqların növbeti merhelesi noyabrın 5-de başlayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar