AB Suriyaya qarşı sanksiyaların tətbiqinə başlayır
10 May 2011 Çərşənbə Axşamı 01:34
Suriyaya silah satışına embarqo qoyulması, 13 suriyalı məmurun hesablarının dondurulması barədə qərar qəbul edilib
Avropa Birliyi bu ilir martından nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmaların baş verdiyi Suriyaya silah satışına embarqo qoyub. Məlumatı “Associated Press” agentliyi yayıb. Bundan başqa, Suriya hökumətinin 13 üzvünə Avropa Birliyinin ərazisinə daxil olmaq qadağan edilib və Birlik ölkələrindəki bank hesabları dondurulub.

Suriyaya qarşı sanksiyalarla bağlı qərar Avropa Birliyinə daxil olan bütün ölkələrin nümayəndələri tərəfindən qəbul edilib. Lakin hələ qətnamə rəsmən təsdiqlənməlidir.

Suriyada xalq etirazları martın ortalarında İordaniya ilə sərhəddəki Deraa şəhərindən başlayıb. Divarlara hakimiyyət əleyhinə üşarlar yazan məktəblilərin həbs etirazlara təkan verib. İnsanlar məktəblilərin azadlığa buraxılması tələbi ilə küçələrə çıxıblar. Sonradan aksiyalar ölkənin bir neçə başqa şəhərinə də keçib

Müxalifətin məlumatına görə, nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş verən toqquşmalarda 500-dən artıq aadm ölüb. Rəsmi məlumatlarda isə bildirilir ki, “muzdlular tərəfindən vətəndaşların və ölkənin təhlükəsizliyi əleyhinə təşkil edilən zorakılıqlar” nəticəsində 70 mülki şəxs və 90-dan çox əsgər və polis həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar