Avropa Birliyi Liviyadan neft və qaz idxalına qadağa qoyur
25 Mart 2011 Cümə 03:59
Bu barədə qərar Brüsseldə qurumun sammitində qəbul edilib
Brüsseldə keçirilən ikigünlük sammitdə iştirak edən Avropa Birliyinə üzv 27 ölkənin dövlət və hökumət başçıları Liviyadan neft və qaz idxalına qadağanı bəyəniblər. Bunu Avropa Birliyinin prezidenti Herman van Rompey deyib.
“Bu gün biz neft və qaz ixracından əldə olunan gəlirin Qəddafi rejiminə çatmaması üçün yeni sanksiyalara səs vermdik”, - deyə Herman van Rompey bildirib.
DOSTLARINLA PAYLAŞ: