AB-də işsizlik səviyyəsi tarixi maksimuma çatıb
01 Dekabr 2010 Çərşənbə 02:20
Avro zonasındakı 16 ölkədə 15,9 milyon nəfər işsizdir
Avropa Birliyi ölkələrində işsiz səviyyəsi tarixi maksimuma-10,1 faizə çatıb. Bu barədə məlumatı Avropa Birliyinin statistika xidməti-Avrostat açıqlayıb. Ümumilikdə avro zonasındakı 16 ölkədə 15,9 milyon nəfər işsizdir. Bu, sentyabrla müqayisədə 80 min nəfər çoxdur. Avropa Birliyində oktyabrda işsizlik səviyyəsi fəal əhalinin 9,6 faizini təşkil edib və bu, 23,1 milyon işsiz deməkdir.
Hazırda ən az işsiz Niderlanddadır - aktiv əhalinin 4,4 faizi. Avstriyada fəal əhalinin 4,8 faizi işsizdir. Ən böyük işsizlik səviyyəsi isə İspaniyadadır-20,7 faiz. Avro zonasının iki iki sənayə ölkəsi-Almaniya və Fransada işsizlik səviyyəsi müvafiq olaraq 6,7 və 9,8 faizdir.
DOSTLARINLA PAYLAŞ: