Atlantik okeanı üzərində qəzaya uğramış A330 təyyarəsinin sərnişinlərdən ikisinin terrorçu islamçı qruplarla əlaqəsi olduğu aparılan istintaq nəticəsində məlum olub. Gazeta.ru-ya istinadən verilən xəbərə görə, hazırkı mərhələdə təyyarənin qəzaya uğramasının terror versiyası ciddi olaraq nəzərdən keçirilmir. Qeyd edək ki, Braziliyaya gəlmiş fransız xüsusi xidmət orqanlarının nümayəndələri adları çəkilən sərnişinlərin radikal islamçı qruplaşmaya aid olduqlarını və Fransa dövləti üçün son dərəcə təhlükəli cinayətkarlar olduğunu bildiriblər. Xüsusi xidmət orqanları hazırda ehtimal edilən cinayətkarların yaş hədlərini və ailə münasibətlərini müəyyənləşdirməyə çalışırlar. /ANS PRESS/