A-330 təyyarəsinin yeni hissələri tapılıb
20 İyun 2009 Şənbə 12:20
Hissələr arasında oturacaq, oksigen maskaları, sərnişinlərin şəxsi əşyaları var

 

Atlantik okeanı üzərində qəzaya uğrayan «Air Franace» şirkətinə məxsus A-330 təyyarəsinin yeni hissələri tapılıb. ANS PRESS-in «İhlas» agentliyinə istinadən verdiyi məlumata görə, təyyarəyə aid 130-dan artıq hissə  gəmiyə yüklənərək Braziliyanın Recife şəhərinə aparılıb. Hissələrin arasında oturacaq, oksigen maskaları, sərnişinlərin şəxsi əşyaları və geyim əşyaları var.

Xatırladaq ki, təyyarə iyun ayının 1-də Atlantik okeanı üzərində yoxa çıxıb. İki gündən sonra içərisində 228 nəfər olan təyyarənin qalıqları tapılıb. İndiyə qədər sərnişinlərin 50-nin cəsədi taplısa da, qara qutular hələ aşkarlanmayıb. Qutuların 4 600 metr dərinlikdə olduğu güman edilir. Qəza baş verən ərazidə axtarış işləri hələ də davam edir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar