"A-330" təyyarəsinin qəzaya uğradığı yer təyin edilib
13 İyun 2009 Şənbə 12:50
Təyyarə nasazlıq barədə son siqnal verdiyi ərazidən 70 km aralıda okeana düşüb

 

Braziliya hərbçiləri "Air France" şirkətinə məxsus "A-330" təyyarəsinin Atlantik okeanda qəzaya uğradığı yeri müəyyənləşdiriblər. ANS PRESS-in İTAR TASS-a istinadən verdiyi məlumata görə, Braziliyanın Rio de Janeyro şəhərindən Parisə uçuş həyata keçirən təyyarə Refise şəhərindən 1,3 km aralıda düşüb. Bu barədə məlumatı Braziliya Hərbi Hava Qüvvələrinin briqada generalı Ramon Borji Kardoza keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, bu ərazi iyunun 1-də yoxa çıxan təyyarədən nasazlıq barədə son avtomatik siqnalın gəldiyi yerdən 70 km aralıdır.

Qeyd edək ki, "A -330" təyyarəsində 228 nəfər olub. Təyyarə iyunun 1-də Atlantik okeanı üzərində yoxa çıxsa da, onun qalıqlarını yalnız iki gündən sonra tapmaq mümkün olub. Bu vaxta kimi isə 50 nəfərin cəsədi tapılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar