99 yaşlı kişi arvadının 71 il öncəki xəyanətini bağışlamadı
30 Dekabr 2011 Cümə 12:08
Ahıl kişi həyat yoldaşının şkafından 1940-ci ilə aid sevgi məktubu tapıb.
İtaliyada bir əsrə yaxın yaşı olan kişi qeyri-adi addım atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 99 yaşlı kişi 96 yaşlı arvadından boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanmaya səbəb isə Antonio adlı kişinin həyat yoldaşının şkafından sevgi məktubu tapması olub. Sən demə, məktublar 1940-cı illərə aid olub.
Yaşlı kişi məktubları göstərəndən sonra onun 77 illik həyat yoldaşı Roza 71 il öncə belə münasibəti olduğunu etiraf etsə də, ərini boşanmaq fikrindən daşındıra bilməyib.

Əgər məhkəmə cütlüyün boşanması haqqında qərar versə onlar dünyanın ən yaşlı ayrılan cütlüyü olacaqlar. Qeyd edək ki, 99 və 96 yaşlı ahılların 5 uşağı, 12 nəvəsi və 1 nəticəsi var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar