91 yaşlı rejissor özünü pencereden atdı
05 Oktyabr 2013 Şənbə 23:08
Üç il qabaq başqa tanınmış rejissor da oxşar şekilde intihar etmişdi.
İtaliya kinorejissoru və senaristi Karlo Lidzani üçüncü mərtəbədə pəncərədən atılaraq intihar edib. Bu barədə ANS PRESS italyan mətbuatına istinadən bildirir.

Karlo Lidzaninin 91 yaşı olub. Onun “Yoxsul aşiqlər barədə povesti” 1954-cü ildə Kann kinofestivalının mükafatını alıb. Lidzani həm də Roberto Rossellininin "Almaniya, sıfırıncı il" filmində senarist olub. Film italyan neorealizmin klassikası sayılır.

Başqa tanınmış italyan rejissor Mario Moniçelli üç il qabaq Romada özünü xəstəxananın pəncərəsindən ataraq oxşar şəkildə intihar etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar