9 yaşlı qızlarla nikah qanuniləşir
06 May 2014 Çərşənbə Axşamı 22:05
Dünyanın bu ölkəsində yeni qanun doqquz yaşlı qızlarla evlənməyə icazə verir.
İraqda ABŞ qoşunları çıxandan sonra ilk dəfə olaraq parlament seçkiləri keçirilib.

ANS PRESS-in məlumatına görə, seçkilərin rəsmi yekunlarının elanı mayın sonuna qalsa da, qalibin indiki şiə baş nazir Nuri əl-Maliki olacaq.

Onun partiyasının seçkiqabağı vədlərindən biri “Şəxsi vəziyyət barədə Cəfəri qanunu”nun qəbul edilməsidir. Yeni qanun doqquz yaşlı qızlarla evlənməyə icazə verir. Yeni qanun həmçinin kişiyə öz arvadını zorlamaq hüququ verir. Həmçinin qadına ərinin icazəsi olmadan evdən kənara çıxmağı qadağan edir. Yeni qanuna görə, boşanmadan sonra yaşı ikidən yuxarı olan bütün uşaqlar atanın himayəsinə keçir.

Hazırda İraqda nikah yaşı 18-dir, himayədarların icazəsi ilə 15 yaşında da evlənmək mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar