9 yaşlı qızı zorlayan deputata 9 il iş kəsildi
25 Sentyabr 2013 Çərşənbə 20:24
Qonşunun qızını şirniyyat yemək üçün maşınına dəvət edib zorladı.
Rusiyanın Altay vilayətində deputat pedofil kimi tutulub. ANS PRESS Rusiya Federasiyasının (RF) İstintaq Komitəsinin saytına istinadən bildirir ki, deputat iki il boyunca kəndə anasına qonaq gedərək qonşuların uşaqlarını zorlayıb.
Kemerovo vilayətinin şəhərlərinin birində deputat olan pedofilə 9 il sərt rejimli koloniya kəsilib. Məhkəmə işindən görünür ki, mütəhhim 2011-ci ilin iyun ayında Smolensk rayonun kəndlərindən birində yaşayan anasının qonağı olub. O, qonşunun 9 yaşlı qızını şirniyyat yemək üçün maşınına dəvət edib.
Orda isə uşağı zorlayıb. Bir ildən sonra deputat qonşunun qızını yenə şirniyyat yeməyə çağırıb, amma qız məsələni başa düşüb və kişinin əlini dişləyərək qaçıb. 2012-ci ilin may ayında isə o, anasının başqa qonşusunun 7 yaşlı qızını zorlayıb və buna görə də haqqında cinayət işi qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: